DİN: Ötən gün 13 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb
Bakı, 4 aprel, AZƏRTAC
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 3-də ümumi çəkisi 12,8 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,2 kiloqramdan artıq heroin, 10,5 kiloqramdan çox marixuana, 1,1 kiloqrama yaxın tiryək və metamfetamin, həmçinin 68 çətənə kolu olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:25]
İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik
- 15.10.2026 [14:09]
Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir
- 15.10.2026 [14:08]