DİNİ MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNMUŞDUR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, muvəkkil ölkə əhalisinin milli və dini tərkibi barədə qonağa məlumat vermiş, Azərbaycanda bir çox millətlərin və müxtəlif dini təriqət nümayəndələrinin tarixən sülh və qarşılıqlı hörmət mühitində yaşadığını, xalqımızın digər millətlərə və hər bir insanın vicdan azadlığına, ənənəvi olaraq, ehtiramla yanaşdığını diqqətə çarpdırmışdır. Bildirmişdir ki, hazırda Azərbaycanda, əsasən, islamı, xristianlığı və iudaizmi təmsil edən insanlar yaşayır və ölkəmizdə qeyri-ənənəvi dini qurumlar mövcuddur.
Ombudsman dini qurumlarla əlaqələrin və bu sahədə maarifləndirmə işinin daha da genişləndirilməsinin, dini icmalar və etnik qruplar, həmçinin, gənclər arasında dini dəyərlərin tədrisinin, dini dözümlülüyün təbliğinin vacibliyini, bu işə qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin cəlb olunmasının əhəmiyyətini qeyd etmişdir.