Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri hərbi qulluqçularla görüş keçirib
Bakı, 31 may, AZƏRTAC
Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətə vətənpərvərlik hissinin aşılanması məqsədilə Müdafiə Nazirliyi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə tədbirlər həyata keçirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, birgə tədbirlər planına uyğun olaraq komitə nümayəndələri N hərbi hissəsində şəxsi heyətlə görüşərək “Dini ekstremizmlə mübarizədə hərbi qulluqçuların yeri və rolu” mövzusunda geniş söhbətlər aparıb.
Sonda hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.