Diri çəkidə ət istehsalı 3,1 faiz artıb
Bakı, 17 iyul, AZƏRTAC
Cari ilin yanvar-iyun aylarında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 3,1 faiz artaraq 268,5 min ton, süd istehsalı isə 1,8 faiz artaraq 1 milyon 75,3 min ton təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin dövrdə yun istehsalı 0,1 faiz artaraq 14,6 min ton, barama istehsalı 10,2 faiz artaraq 491,3 ton, yumurta istehsalı isə 4 faiz azalaraq 951,3 milyon ədəd olub.
Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 5,6 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,4 faiz, bitkiçilik məhsullarının istehsalı isə 8,9 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:34]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
- 16.10.2026 [18:43]
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
- 16.10.2026 [18:43]
Mərkəzi Bank 2026 və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb
- 16.10.2026 [18:40]
Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]