Dmitri Peskov: Rusiya sülhməramlıları ölkələr tərəfindən imzalanmış sənədlərə müvafiq fəaliyyət göstərirlər
Moskva, 22 dekabr, AZƏRTAC
Qarabağdakı Rusiya sülhməramlıları sənədlərə ciddi müvafiq surətdə fəaliyyət göstərir və asayişin təmin edilməsi üçün nə mümkündürsə edirlər.
AZƏRTAC xəbər verir ki, RF Prezidentinin mətbuat katibi Dmitri Peskov bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağdakı Rusiya sülhməramlı kontingentinin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi barədə dediklərini jurnalistlər üçün şərh edərək bildirib.
Dmitri Peskov deyib: “Rusiya sülhməramlıları işlədikləri ərazilərdə asayişi və sakitliyi təmin etmək üçün nə mümkündürsə edir və ölkələr arasında imzalanmış sənədlərə tam müvafiq şəkildə fəaliyyət göstərirlər”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]