Dmitri Peskov: Rusiyada “Charlie Hebdo” kimi jurnalın nəşri mümkünsüzdür
Moskva, 29 oktyabr, AZƏRTAC
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu ölkədə Fransanın “Charlie Hebdo” kimi jurnalının nəşrinin mümkünsüz olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, D.Peskov jurnalistlərə müsahibəsində Rusiyanın həm də müsəlman ölkəsi olduğunu deyib.
“Rusiyada 20 milyona yaxın müsəlman yaşayır. Rusiyanın təməl dini xristianlıq olsa da, əhalinin əksəriyyəti xristiandır, ölkəmizin nadirliyi məhz çoxmillətli və çoxkonfessional olmasındadır. Burada bütün konfessiyaların nümayəndələri bir-birinə ehtiram və hörmət şəraitində yaşayırlar”, - deyə o, bildirib.
Kremlin nümayəndəsinin sözlərinə görə, belə bir nəşrin Rusiyada buraxılması həm də qanunvericilik baxımından mümkün deyil.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]