Dmitro Kuleba: Ukrayna NATO-ya üzv olmaqdan ötrü ərazilərindən imtina etməyəcək
Kiyev, 17 avqust, AZƏRTAC
Ukrayna NATO-ya üzv olmaqdan ötrü ərazilərindən imtina etməyəcək. Alyansın Baş katibi Yens Stoltenberqin Ukrayna ilə bağlı dəqiq mövqeyi var.
Bu barədə AZƏRTAC Ukraynanın xarici işlər naziri Dmitro Kulebanın “Zavtrak s 1+1”in efirində səsləndirdiyi açıqlamaya istinadla xəbər verir.
Nazir NATO aparatının rəhbəri Stian Yenssenin sözlərini şərh edib. Stian Yenssen deyib ki, guya Ukrayna Rusiyanın işğal etdiyi ərazilərin müqabilində Alyansa üzv ola biləcək.
Kuleba qeyd edib ki, Stoltenberq və Yenssen fərqli insanlardır, NATO-nun Baş katibinin mövqeyi isə dəyişməz olaraq qalır.
“Prezident (Volodimir Zelenski - red.) Baş katib Stoltenberqlə dəfələrlə danışıb, mənim onunla çox sıx münasibətlərim var, sizi əmin edirəm ki, Baş katibin mövqeyi tamamilə dəqiqdir və Ukraynanın mövqeyi ilə üst-üstə düşür. Ukrayna əraziləri ticarət obyekti ola bilməz”, - deyə nazir bildirib.
XİN rəhbəri, həmçinin qeyd edib ki, Ukrayna rəhbərliyi ölkənin mümkün qədər tez bir zamanda NATO-ya üzv olması üçün çalışır, mümkün variantları müzakirə etmir.
Bundan əvvəl NATO Baş katibi aparatının rəhbəri Stian Yenssen bildirib ki, Ukrayna guya Rusiya tərəfindən işğal edilmiş ərazilərdən imtina edərək NATO-nun üzvü ola bilər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [10:44]
Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb
- 29.09.2026 [10:42]
Suriyada qaz kəməri partladılıb
- 29.09.2026 [10:01]
Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub
- 29.09.2026 [08:55]
Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir
- 29.09.2026 [08:05]
Rubio: Avropa ciddi çətinliklərlə üzləşib
- 29.09.2026 [07:20]
BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Qızıl və gümüş ucuzlaşıb
- [10:14]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:14]
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb
- 28.09.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 28.09.2026 [20:00]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [19:58]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:44]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:36]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [19:19]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [19:17]
Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni
- 28.09.2026 [19:06]
Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil
- 28.09.2026 [19:05]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:57]
Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb
- 28.09.2026 [18:55]
“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:45]
MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb
- 28.09.2026 [18:31]
Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb
- 28.09.2026 [18:30]
Hər şey Vətən üçün... - şəhidin son döyüşü
- 28.09.2026 [18:27]
Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub
- 28.09.2026 [18:26]
BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir
- 28.09.2026 [18:19]