Dohada ərəb və islam ölkələrinin fövqəladə sammiti keçiriləcək
Qahirə, 11 sentyabr, AZƏRTAC
Qətərin paytaxtı Dohada ərəb və islam ölkələrinin fövqəladə sammiti təşkil ediləcək.
AZƏRTAC Qətər Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, əvvəlcə Qətərdə sammitə hazırlıq məqsədilə xarici işlər nazirlərinin iclası olacaq. Sentyabrın 14-ü və 15-də isə sammit keçiriləcək. Tədbirin əsas mövzusu İsrailin Qətərə raket hücumunun müzakirəsidir.
Qeyd edək ki, İsrail sentyabrın 9-da Qətərdə HƏMAS-ın siyasi bürosunun bir neçə üzvünün məskunlaşdığı mənzilləri hədəfə alıb. Hücum nəticəsində qruplaşmanın 5 üzvü və Qətərin təhlükəsizlik idarəsinin əməkdaşı həlak olub.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:35]
ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır
- 30.09.2026 [13:33]
“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]