Dohada “Wall Street Journal Tech Live” konfransı keçiriləcək
Qahirə, 25 noyabr, AZƏRTAC
Dekabrın 2-dən 4-dək Qətərin paytaxtı Doha “Wall Street Journal Tech Live” konfransına ev sahibliyi edəcək. Bu konfrans Yaxın Şərq və Şimali Afrika regionunda ilk dəfə keçirilir.
AZƏRTAC xəbər verir ki, konfransda “Fortune 500” siyahısında olan şirkətlərin 200-dən çox rəhbər şəxsi, sahibkarlar, investorlar və dünyanın texnologiya, media, əyləncə və maliyyə sektorlarından olan liderlər iştirak edəcək.
Tədbir iştirakçılara startapların uğur hekayələri haqqında məlumat əldə etmək, əməkdaşlıq və tərəfdaşlıq üçün yeni yolları araşdırmaq və dünyanın hər yerindən texnologiya liderləri və mütəxəssisləri ilə birbaşa dialoqlar qurmaq imkanı verəcək.
Konfransın proqramına rəqəmsal dövrdə idman və medianın gələcəyi, məxfilik, tənzimləmə və istehlakçı etibarının gələcəyi, istedadların inkişafı və kontent yaradılması, eləcə də maliyyə texnologiyaları və rəqəmsal valyutalar, süni intellekt tətbiqləri, kosmik və müdafiə texnologiyaları sahəsindəki ən son yeniliklər mövzularına həsr olunmuş bir neçə ixtisaslaşmış panel müzakirələri daxildir.
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]