Donald Tramp: ABŞ iki ay ərzində 10 trilyon dollar xarici investisiya cəlb edəcək
Bakı, 15 may, AZƏRTAC
ABŞ yaxın iki ay ərzində xarici ölkələrdən 10 trilyon dollar investisiya cəlb etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Ştatların dövlət başçısı bunu Dohada ABŞ və Qətərin işgüzar dairələrinin nümayəndələri ilə görüşündə deyib.
“İki ay ərzində 10 trilyon dollar sərmayə cəlb edəcəyik. İndiyədək dünyanın heç bir ölkəsi bu göstəriciyə yaxınlaşa bilməyib. Mən ABŞ-a böyük sərmayə yatıracaq Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taniyə təşəkkürümü bildirirəm. Sərmayələr nəticəsində Birləşmiş Ştatlarda dörd milyonadək yeni iş yeri açıla bilər”, - deyə Donald Tramp bildirib. Ağ evin rəhbəri, həmçinin sərmayələrin ABŞ-ın dövlət borcunu ödəməyə yardım edəcəyinə ümidini ifadə edib.
Hazırda ABŞ-ın dövlət borcu 36,2 trilyon dolları ötüb. Konqresin Büdcə İdarəsinin hesablamalarına görə, 2034-cü ildə bu göstərici 50 trilyon dolları keçə bilər. Qurum borc tavanının qaldırılmayacağı təqdirdə avqust və ya sentyabr ayınadək ABŞ hökumətinin defoltla üzləşəcəyini proqnozlaşdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:41]
Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb
- 09.06.2026 [11:31]
Odessa sahillərində 15 ölü delfin aşkarlanıb
- 09.06.2026 [11:26]
Çində avtomobil satışları kəskin azalıb
- 09.06.2026 [11:21]
Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub
- 09.06.2026 [11:04]
İrakli Kobaxidze: Gürcüstan bu gün Azərbaycanla misilsiz əlaqələrə malikdir
- 09.06.2026 [11:04]
Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [20:00]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [19:09]
Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub
- 08.06.2026 [18:43]