Donald Tusk: Avropa İttifaqı “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrlə əməkdaşlığı daha da gücləndirəcək
Tbilisi, 11 iyul, AZƏRTAC
Avropa İttifaqı “Şərq tərəfdaşlığı”na üzv ölkələrlə əməkdaşlığı daha da gücləndirəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Batumidə “Şərq tərəfdaşlığı” proqramının 10 illik yubileyinə həsr olunan beynəlxalq konfransda çıxışı zamanı söyləyib.
O deyib: “Tərəfdaş ölkələrlə siyasi və iqtisadi inteqrasiyanın davam etdirilməsi və daha da gücləndirilməsi üçün yeni imkanlar nəzərdən keçiriləcək. Əməkdaşlığın daha da güclü olması üçün dövlətlərlə yanaşı, vətəndaş cəmiyyəti və biznes ictimaiyyətinin də dəstəyi tələb olunur. “Şərq tərəfdaşlığı” proqramının uğurlu olduğunu gündəlik həyat təsdiq edir”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:33]
Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
- 01.10.2026 [19:30]
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib
- 01.10.2026 [18:21]