DOQQUZ AYLIQ PROQNOZA 110,4 FAİZ ƏMƏL ETMİŞLƏR
AZƏRTAC xəbər ki, Xətai rayonunun sənaye müəssisələri bu ilin yanvar-sentyabr aylarında 1454308,6 milyon manatlıq məhsul istehsal edərək proqnoza 110,4 faiz əməl etmişdir. Bunun 126000,7 milyon manatlığı özəl müəssisələrin payına düşür. Onların arasında neftayırma, metallurgiya, toxuculuq, emal sənayesi, qida və kimya məhsulları, mineral maddələr, elektrik avadanlığı, tibb texnikası, mebel və s. vardır.
Göstərilən müddətdə rayonun sənaye müəssisələrində 7 mindən artıq işçi çalışmış, orta aylıq əmək haqqı 766,5 min manat (ötən ilin müvafiq dövründə 738,3 min manat) olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:09]
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 06.10.2026 [16:20]
Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- 06.10.2026 [16:04]