Dörd sərbəst güləşçimiz U-23 dünya çempionatının beşinci günündə mübarizəyə qoşulub
Bakı, 22 oktyabr, AZƏRTAC
İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın beşinci günündə dörd sərbəst güləşçimiz mübarizəyə qoşulub. Güləşçimiz Tofiq Əliyev (57 kq) debütdə türkiyəli Ahmet Dumana müqavimət göstərə bilməyib - 0:10. Rəqib finala yüksəldiyi üçün T.Əliyev bu gün ukraynalı Kamil Kərimovla təsəlliverici görüşdə qarşılaşacaq.
Kənan Heybətov (70 kq) fransalı Əhməd Yezza üzərində inamlı qələbə qazanıb - 8:1. Gənclər arasında dünya çempionumuz səkkizdəbir finalda almaniyalı Şamil Ustayevi sonuncu xal prinsipinə əsasən (1:1) üstələsə də, növbəti mərhələdə gürcüstanlı Giorgi Elbakidzeyə minimal fərqlə uduzub - 4:5. Rəqib finala yüksəldiyi üçün K.Heybətov təsəlliverici görüşdə Şri-Lanka təmsilçisi Lahiru Vadiqeylə üz-üzə gələcək.
Əşrəf Aşırov (79 kq) təsnifat mərhələsində yaponiyalı Kosuke Yamakuraya 10:11 hesabı ilə məğlub olub.
İslam İlyasov (97 kq) ilk görüşdə türkmənistanlı Şatlik Yemelyayevə heç bir şans tanımayıb - 10:0. Həmyerlimiz daha sonra ukraynalı Yunus Qafurovu 4:0 hesabı ilə üstələyərək yarımfinala yüksəlib. İ.İlyasov finalın bir addımlığında amerikalı Tanner Sloana uduzub - 2:10. Təmsilçimiz bürünc medal uğrunda Mucahit Çelik (Türkiyə) - Andro Marqişvili (Gürcüstan) qarşılaşmasının qalibi ilə mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:05]
Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda ikinci hissə başlayıb
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]