Dorin Reçan: Rusiyanın Dnestryanı ərazisindən Ukraynaya hücum etmək istəyinin qarşısı alınıb
Kişineu, 23 sentyabr, AZƏRTAC
2014-cü ildə Rusiya qoşunlarının Dnestryanı ərazidə rotasiyasını dayandırmaq qərarı Moldova və Ukraynanın təhlükəsizliyi üçün həlledici əhəmiyyət kəsb etdi.
AZƏRTAC xəbər verir ki, bunu Moldovanın Baş naziri Dorin Reçan vətəndaşlarla görüşündə deyib.
Reçanın fikrincə, əgər Rusiya 2022-ci ildə Dnestryanı bölgədən Ukraynaya qarşı istifadə etmək imkanı olsaydı, şübhəsiz ki, bunu həyata keçirərdi.
"2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra mən daxili işlər naziri olduğum müddətdə qoşunların rotasiyasını dayandırmağı bacarmağımız Kremlin Ukraynaya bu istiqamətdən də hücumunun qarşısını aldı”, - deyə Reçan əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]
Labubu dünya çempionatının açılış mərasimində iştirak edib
- 12.06.2026 [16:26]