Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

Bakı, 27 may, AZƏRTAC

Mayın 27-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası olub.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Azər Əmiraslanov iclasda “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin (birinci oxunuş) və 2024-cü ilin büdcəsinin icrası barədə hesabatın müzakirə olunacağını söyləyib. O, bu sənədlərin ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim edildiyini deyib.

Azər Əmiraslanov məsələ ilə əlaqədar fikirlərini açıqlayaraq “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin və müvafiq hesabatın büdcə qanunvericiliyinin tələblərinə uyğun tərtib edildiyini, layihə ilə bağlı Hesablama Palatasının geniş rəyinin təqdim olunduğunu deyib. Komitə sədri büdcə parametrlərinin, o cümlədən büdcə gəlirləri, xərcləri və kəsirinin, habelə büdcə qaydasının əhəmiyyətindən danışıb. Ölkə Prezidenti tərəfindən büdcə siyasətinin prinsip və hədəflərinin müəyyən edildiyini vurğulayıb. O, dövlətimizin başçısının büdcənin maksimum dərəcədə icra edilməsi, maliyyə intizamının daha da yüksək səviyyədə olması, şəffaflığın tam şəkildə təmin edilməsi, büdcə xərclərinin strukturuna yenidən baxılması və büdcə vəsaitinin qənaətlə xərclənməsi, bütün cari xərclərimizin qeyri-neft gəlirləri hesabına maliyyələşdirilməsi kimi tövsiyələrini nəzərə çatdırıb. Bu tezislərin konseptual yanaşma olmaqla bərabər, həm də özündə sosial-iqtisadi, o cümlədən büdcə siyasətinin hədəf və prinsiplərini çox aydın şəkildə əks etdirdiyini vurğulayıb.

A.Əmiraslanov 2024-cü ilin büdcəsinin ötən ildə müxtəlif istiqamətlər üzrə dövlət siyasətinin reallaşması üçün etibarlı maliyyə təminatı olduğunu və əlverişli makroiqtisadi şəraitdə icra olunduğunu söyləyib. Qeyd edib ki, büdcənin icrası 4,1 faizlik iqtisadi artımla, 2,2 faizlik ortaillik inflyasiya ilə müşayiət edilib. O, büdcənin gəlir və xərcləri üzrə icrasını, büdcə kəsirinin və dövlət borcunun səviyyəsini, büdcə qaydasına tam riayət edilməsini müsbət dəyərləndirib.

Sonra maliyyə naziri Sahil Babayev Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında hesabatı təqdim edib. O, bildirib ki, qlobal və regional müstəvidə cərəyan edən hadisələr fonunda 2024-cü il Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində ölkəmiz üçün sabitlik, təhlükəsizlik, sosial-iqtisadi inkişaf göstəriciləri və nailiyyətlərlə yadda qalıb. Dövlət büdcəsində nəzərdə tutulmuş gəlir və xərclər müsbət dinamika ilə icra olunub. Ötən il neft və qeyri-neft sektorları üzrə ümumi daxili məhsulun (ÜDM) istehsalında artım qeydə alınıb, illik inflyasiya hədəf diapazonunda qərarlaşıb, cari əməliyyatlar balansında profisit formalaşıb, milli valyutanın sabitliyi qorunub, valyuta ehtiyatları beynəlxalq normaları və xarici borc göstəricisini əhəmiyyətli dərəcədə üstələyib.

Nazir nəzərə çatdırıb ki, 2024-cü ildə Azərbaycanda ümumi daxili məhsul real ifadədə 4,1 faiz artaraq, 121,3 milyard manat proqnoza qarşı 126,3 milyard manat təşkil edib. Ötən ildə adambaşına düşən ÜDM 3,6 faiz artaraq 12,4 min manat olub. Qeyri-neft-qaz sektorunda 6,2 faizlik real artım qeydə alınıb. Fiskal və monetar siyasətlərin sıx əlaqələndirilməsi milli valyutanın mübadilə məzənnəsinin sabitliyini təmin edib. Ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 6,4 faiz artaraq 83,1 milyard manat təşkil edib, hər nəfərə düşən gəlir orta hesabla 8144,1 manata çatıb. Cari ilin əvvəlinə ölkənin valyuta ehtiyatları 71 milyard ABŞ dolları təşkil edib. “Azeri Light” markalı neftin bir barelinin orta illik qiyməti 82,8 ABŞ dolları səviyyəsində qərarlaşıb, 2024-cü ilin dövlət büdcəsi üzrə göstəricilərlə müqayisədə 10,5 faiz artıb. O, qeyd edib ki, ötən il çoxsaylı infrastruktur layihələri, Böyük Qayıdış proqramı, ölkənin sosial-iqtisadi inkişaf strategiyasından irəli gələn tapşırıqlar icra olunub, habelə əhalinin sosial, tibbi müdafiəsini təmin edən sosial islahatlar davam etdirilib, bununla yanaşı fiskal çərçivə də qorunub.

Bildirilib ki, 2024-cü ildə dövlət büdcəsinin mədaxili 37,2 milyard manat olmaqla, proqnoza qarşı 774 milyon manat və ya 2,1 faiz, 2023-cü illə müqayisədə isə 1,9 milyard manat və ya 5,5 faiz çox icra edilib. Qeyri-neft sektoru üzrə daxilolmalar proqnozla müqayisədə 573 milyon manat və ya 3,1 faiz çox icra olunaraq 19,2 milyard manat təşkil edib. Dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorundan daxilolmaların payı 3,1 faiz-bəndi artaraq, 48,5 faizdən 51,6 faizə yüksəlib.

Ötən il vergi orqanları xətti ilə büdcəyə 15,8 milyard manat, gömrük orqanları xətti ilə isə 6,6 milyard manat vəsait təmin edilib. Vergi orqanları xətti ilə daxil olan vəsaitin 11 milyard manatı və ya 70 faizi qeyri-neft, 4,8 milyard manatı və ya 30 faizi neft sektorunun payına düşür. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 548 milyon manat və ya 2023-cü illə müqayisədə 67 milyon manat çox olub. Hesabat dövründə Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulduğu həcmdə, yəni 12,8 milyard manat transfert edilib.

Çıxışının sonunda nazir 2024-cü ildə dövlət və icmal büdcələrinin icrası zamanı Prezident İlham Əliyev tərəfindən hökumət qarşısında qoyulan vəzifələrin maliyyələşdirilməsinin təmin edildiyini bildirib.

Sonra iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə və Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata palatanın rəyini təqdim edib.

Palata sədri qanun layihəsinin və hesabatın ümumilikdə mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlandığını bildirib. Ötən ilin dövlət büdcəsinin icrasının büdcə parametrlərinə, ölkənin strateji sənədlərinə uyğunluğu barədə ali audit orqanın mövqeyini diqqətə çatdıran Vüqar Gülməmmədov gəlir və xərc göstəricilərindəki məqamlardan söz açıb.

Bildirilib ki, Hesablama Palatası tərəfindən 2024-cü ilin dövlət büdcəsinin icrasına dair rəyin tərtib edilməsi zamanı 173 qurum üzrə 32,1 milyard manatı əhatə edən və vəsaitlərin icrasını təsdiq edən xəzinə üzləşmə aktları və digər sənədlər nəzərdən keçirilib ki, bu da icra edilmiş dövlət büdcəsi xərclərinin 85,2 faizini təşkil edir. Ümumilikdə, təhlilin əhatə dairəsi əvvəlki ilə nəzərən 0,9 milyard manat artıb.

2024-cü ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə dövlət büdcəsinin gəlirləri çox icra edilib, layihədə göstərilmiş mədaxil mənbələrinə münasibətdə proqnoz göstəricilər 15 mənbə üzrə artıqlaması ilə, 4 mənbə üzrə kəsirlə, 3 mənbə üzrə isə proqnozla eyni səviyyədə yerinə yetirilib.

Məsələ ilə bağlı müzakirələrdə çıxış edən deputatlar 2024-cü ilin dövlət büdcəsinin icrası ilə bağlı hesabatın yüksək səviyyədə hazırlandığını, iqtisadi hədəflərə uyğun olduğunu, habelə Hesablama Palatasının rəyinin obyektiv və dolğun şəkildə tərtib edildiyini bildiriblər, bəzi qeyd və təkliflərini də səsləndiriblər.

Maliyyə naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxışlarda qaldırılan məsələlərə aydınlıq gətiriblər.

Müzakirələrin konstruktiv və məhsuldar keçdiyini deyən Azər Əmiraslanov büdcə qanunvericiliyinin tələblərinə riayət edilməsinin mühüm əhəmiyyət kəsb etdiyini, Hesablama Palatasının rəy və tövsiyələrinin faydalı olduğunu söyləyib. Maliyyə Nazirliyi və Hesablama Palatası arasında əməkdaşlığın gücləndiriıməsinin əhəmiyyətindən danışıb. Büdcə sisteminin davamlı olaraq təkmilləşdirilməsi istiqamətində addımların atıldığını bildirib.

Müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB VİDEO

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB VİDEO

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır