Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq müsabiqənin mükafatına layiq görülüb
Bakı, 19 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Böyük Britaniyanın “Wealth and Finance International” beynəlxalq korporasiyasının təşkil etdiyi “FinTech Awards 2024” beynəlxalq müsabiqəsində uğur qazanıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müsabiqədə “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) ilə iştirak edən Xidmət müsabiqənin qalibi seçilərək “2024-cü ilin Rəqəmsal İnnovatorları” mükafatına layiq görülüb.
100-dən çox ölkədən çoxsaylı layihələrin təqdim olunduğu müsabiqənin qalibləri müstəqil beynəlxalq münsiflər heyətinin qərarı ilə müəyyən edilərək elan olunub.
"Wealth & Finance International" korporasiyası maliyyə və ödənişlər sahəsində yenilikləri araşdıraraq, 2014-cü ildən eyniadlı jurnalda həmin sahələr üzrə yeni uğurlu təcrübələri paylaşır.
Dövlət Əmək Müfəttişliyi Xidməti ötən ay Sinqapurun “World Business Outlook” beynəlxalq media platformasının texnologiya kateqoriyasında "Ən Yaxşı Əmək və Məşğulluq Alt Sistemi" nominasiyası üzrə qalib elan edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 13.06.2026 [18:54]
Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
- 13.06.2026 [16:30]
Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər
- 13.06.2026 [12:55]
Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO
- 13.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 13.06.2026 [11:22]