DÖVLƏT FİLARMONİYASINDA GÖRKƏMLİ TÜRKİYƏ MUSİQİÇİSİNİN KONSERTİ OLACAQDIR
Filarmoniyadan AZƏRTAC-a bildirmişlər ki, fevralın 6-da dünya söhrətli müsiqiçi, türkiyəli fleytaçı Şefika Kutluerin burada keçiriləcək konsertində Azərbaycanın xalq artisti, dövlət mükafatı laureatı, professor Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyov adına Dövlət Simfonik orkestri də iştirak edəcəkdir.
Şefika Kutluer dünyanın çoxsaylı böyük səhnələrində parlayan ulduzlardandır. Yüksək səviyyəli texnikaya, rəngarəng repertuara malik sənətçi fleyta üçün yazılan istər klassik, istərsə də müasir bəstələrin yorulmaz təbliğatçısıdır.
Həmin axşam Antonio Vivaldinin nadir ifa olunan fleyta və orkestr üçün “Konsertlər silsiləsi”, simfonik orkestrin ifasında dahi Azərbaycan bəstəkarı Qara Qarayevin ölməz “Alban rapsodiyası” və “Don Kixot” simfonik qravürləri səslənəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:09]
İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb
- 29.09.2026 [18:54]
Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə
- 29.09.2026 [16:12]
Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb
- 29.09.2026 [15:36]
Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti
- 29.09.2026 [12:10]