Dövlət Məşğulluq Agentliyinin “Əmək və Məşğulluq” altsistemi beynəlxalq müsabiqədə qalib seçilib
Bakı, 11 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyanın “Global Banking & Finance Review” beynəlxalq qurumu tərəfindən mükafata layiq görülüb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Agentliyin “Əmək və məşğulluq” altsistemi (ƏMAS) qurum tərəfindən təşkil edilən Global Banking & Finance Awards” müsabiqəsində “İnnovasiyada mükəmməllik” kateqoriyası üzrə qalib seçilib.
Həmin mükafat altsistemin funksionallığı, aydın və izahlı istifadə metodları, innovativ tələblərə sürətli uyğunlaşması kimi meyarlara əsasən verilib.
Qeyd edək ki, müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, İtaliya, Xorvatiya, Portuqaliya, Türkiyə və s. daxil olmaqla 100-ə yaxın ölkədən qurumlar, regional və beynəlxalq maliyyə korporasiyaları təmsil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]
“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO
- 29.09.2026 [17:43]
Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib
- 29.09.2026 [17:33]
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub
- 29.09.2026 [17:08]
Azyaşlılar təhlükəsiz davranış qaydaları barədə maarifləndirilirlər
- 29.09.2026 [17:08]