DÖVLƏT NEFT STRATEGİYASININ UĞURLARI İLDƏN-İLƏ ARTIR
ARDNŞ xarici şirkətlərlə Hasilatın Pay Bölgüsü tipli 26 saziş imzalamış, sonuncu sazişlər quruda yerləşən Binəqədi, Qaraçuxur, Kürovdağ və Suraxanı yataqlarını əhatə edir.
Respublikamızda neft hasilatının aşağı düşməsinin qarşısı tamamilə alınmış, 1998-ci ildən isə artaraq 2005-ci ildə 22,2 milyon tona çatmışdır. Bu il hasilatın 30 milyon tondan çox olacağı gözlənilir. Proqnozlara görə, 2010-cu ildə həmin rəqəm 60 milyon tona yüksələcəkdir. Hazırda “Çıraq”, “Mərkəzi Azəri” və “Qərbi Azəri”də qurulmuş özüllərdən qazılmış 25 quyudan gündə orta hesabla 71 min tondan çox neft və 14 milyon kubmetr qaz hasil olunur. Bu yataqlardan 1997-ci ilin noyabrından indiyədək 65,8 milyon tondan artıq neft və 13,6 milyard kubmetr qaz çıxarılmışdır. Azərbaycanda hasil olunan neft üç istiqamətdə - Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan boru kəmərləri ilə dünya bazarlarına nəql edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:34]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
- 16.10.2026 [18:43]
Mərkəzi Bank 2026 və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb
- 16.10.2026 [18:43]
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
- 16.10.2026 [18:40]
Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]