Dövlət qeydiyyatına alınan qiymətli kağızların dəyəri açıqlanıb

Bakı, 15 may, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən təqdim olunmuş məlumatlara görə, cari ilin yanvar-mart aylarında ölkədə 7 milyard manat dəyərində dövlət istiqrazları, 1 milyard 80 milyon manat dəyərində Mərkəzi Bankın notları, 313,8 milyon manat dəyərində korporativ istiqrazları, 260,3 milyon manat dəyərində səhmlər dövlət qeydiyyatına alınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövr ərzində Bakı Fond Birjasında keçirilmiş hərraclarda 603,4 milyon manatlıq korporativ istiqrazları, 31,3 milyon manatlıq Mərkəzi Bankın notları, 6 milyon manatlıq səhmlər yerləşdirilib.
Bu ilin yanvar-mart aylarında nominal dəyəri 297,3 milyon manat olan korporativ istiqrazları, 193,1 milyon manatlıq dövlət istiqrazları, 51 milyon manatlıq səhmlər və 3,6 milyon manatlıq Mərkəzi Bankın notları tədavüldə olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2025 [13:12]
Sabahdan Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişindaşımaya başlanılır
- 14.06.2025 [11:39]
Azərbaycan nefti 4 dollardan çox bahalaşıb
- 14.06.2025 [11:32]
Növbəti Ro-Pax tipli gəmi-bərənin tikintisi plana uyğun davam edir
- 14.06.2025 [11:30]
® “Azercell” gənclər üçün “DataMinds” bootcamp layihəsinə start verir
- 13.06.2025 [20:55]
Üç avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri müəyyən edilib
- 13.06.2025 [19:41]