Dövlət qoruğunda narkotik xassəli çətənə bitkisinin becərilməsində şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 7 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində reyd keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, reyd zamanı qoruğun Axkimal sahəsinin 7 saylı dolayında narkotik xassəli çətənə bitkisi olduğu güman edilən bitki aşkarlanıb. Faktla bağlı akt tərtib olunaraq ərazi nəzarətə götürülüb və həmin sahəyə foto-video tələ yerləşdirilib.
İyulun 3-də əldə edilən videogörüntü nəticəsində ərazidə bir nəfər şübhəli şəxs saxlanılıb. Qanun pozucusunun şəxsiyyətinin müəyyən olunması və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Balakən Rayon Polis Şöbəsinə müraciət edilib. Faktla bağlı istintaq tədbirləri aparılır.
Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində narkotik xassəli bitkilərin qanunsuz əkildiyi və yabanı halda bitdiyi yerlərin müəyyən edilməsi istiqamətində reydlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]