“DÖVLƏT QULLUQÇULARININ ETİK DAVRANIŞ QAYDALARI HAQQINDA” YENİ QANUN LAYİHƏSİ HAZIRLANMIŞDIR
Milli Məclisdən AZƏRTAC-a bildirmişlər ki, 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanun qəbul edildikdən sonra dövlət qulluğunun tənzimlənməsi ilə bağlı daha 23 qanun, 26 fərman, 12 sərəncam imzalanmış, müxtəlif əsasnamələr, qaydalar, nümunələr təsdiqlənmişdir. Dövlət qulluğu sahəsində normativ-hüquqi bazanın inkişafı və təkmilləşdirilməsi istiqamətində işlər bu gün də davam etdirilir. Dövlət qulluqçularının davranış prinsiplərini və qaydalarını müəyyən edən “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” yeni qanun layihəsi hazırlanmışdır. Bu layihə Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:33]
QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var
- 13.10.2026 [16:47]
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
- 13.10.2026 [16:44]
Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb
- 13.10.2026 [14:30]