Dövlət qurumlarının əməkdaşları arasında voleybol yarışı keçirilib
Bakı, 19 iyun, AZƏRTAC
Dövlət qurumlarının əməkdaşları arasında voleybol yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə Voleybol Mərkəzində baş tutan kişilərin yarışında Fövqəladə Hallar Nazirliyi birinci yeri tutub. SOCAR komandası ikinci, “Azərbaycan Dəmir Yolları” QSC isə üçüncü pillənin sahibi olub.
Qeyd edək ki, yarışın ilk günündə qadın komandaları arasında oyunlar keçirilib. Bu mərhələdə də Fövqəladə Hallar Nazirliyi qalib gəlib. SOCAR ikinci, ASAN xidmət isə üçüncü pillədə qərarlaşıb.