Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Tovuz şəhərində vətəndaşlarla görüşüb
Bakı, 11 mart, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Tovuz, Ağstafa və Qazax rayonlarında yaşayan vətəndaşlarla görüşüb.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub və abidənin önünə gül dəstələri qoyularaq Ulu Öndərin xatirəsi hörmət və ehtiramla yad edilib.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, tikinti məqsədli müraciətlər təhlil edilib, şəhərsalma və torpaq qanunvericiliyinin tələbləri, layihələndirmə norma və qaydalarına dair geniş fikir mübadiləsi aparılıb.