Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət Tərcümə Mərkəzində onlayn müşavirə keçirilib

Dövlət Tərcümə Mərkəzində onlayn müşavirə keçirilib

Bakı, 3 dekabr, AZƏRTAC

Dövlət Tərcümə Mərkəzi Elmi Şurasının onlayn müşavirəsi keçirilib. Müşavirədə Mərkəzin İdarə heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud, Xalq yazıçısı Elçin, Xalq şairi Sabir Rüstəmxanlı, Mərkəzin İdarə heyətinin üzvü, akademik Nizami Cəfərov, filologiya elmləri doktorları, professorlar Cahangir Məmmədli, Qulu Məhərrəmli, Cəlil Nağıyev, Rüstəm Kamal, filologiya elmləri doktoru, dosent Paşa Kərimov, şair-tərcüməçi Vaqif Aslan iştirak ediblər.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, toplantıda qurumun 2020-ci il üzrə fəaliyyətinə dair hesabat dinlənilib, görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb, 2021-ci ildə nəzərdə tutulan layihələr və nəşrlər üzrə Tematik plan təsdiq edilib.

İnanıram ki, bu lüğət yalnız mütəxəssislərin deyil,

hamının masaüstü kitabı olacaq

Tərcümə Mərkəzi yarandığı gündən dövlət və millət əhəmiyyətli xeyli mühüm işlər gördüyünü söyləyən Xalq yazıçısı Elçin bildirib ki, Mərkəz Azərbaycan həqiqətlərinin, ədəbiyyatımızın, mədəniyyətimizin dünyada tanıdılması və təbliği istiqamətində bir sıra mühüm layihələr həyata keçirib. Ölkədə tərcümə sahəsinin tənzimlənməsi və təkmilləşdirilməsi, o cümlədən ana dilimizin saflığının qorunması və inkişafı istiqamətində xüsusi uğurlu layihələrə imza atıb. Dünyanın məşhur şair və yazıçılarının kitabları yüksək peşəkarlıqla tərcümə edilərək nəfis tərtibatda oxucularla görüşdürülüb. 

Dünyanı bürüyən və demək olar ki, əksər sahələrdə durğunluq yaradan məlum pandemiya şəraitində də Tərcümə Mərkəzinin çalışmalara ara vermədən, fəaliyyətini həmin yüksək templə davam etdirdiyini bildirən Xalq yazıçısı deyib: “ Xaricdə və Azərbaycanda kitablar nəşr olunub, müxtəlif mövzulu yazılar və videoçarxlar yerli və xarici portallar, qəzet və jurnallar vasitəsilə beynəlxalq ictimaiyyətə təqdim olunub. Tərcümə işinin peşəkarlıq səviyyəsinin artırılması, tərcümə mütəxəssislərinin ayarlanması və sertifikatlaşdırılması prosesinin davamlı şəkildə aparılmasını da təqdirəlayiq hesab edirəm. Mərkəzin “Xəzər” jurnalı, rəsmi saytı, eləcə də maarifçi əhəmiyyətli “Aydın yol”, “Açıq kitab”, “Epiloq” saytları yüksək bədii-mədəni meyarlarla oxucu zövqünün formalaşmasında əsl yaradıcı yanaşma nümayiş etdirir. İstərdim ki, bu saytların daha geniş oxucu auditoriyası olsun, bununla bağlı müəyyən zəruri tədbirlər həyata keçirilsin.

Mərkəz tərəfindən ərsəyə gətirilmiş və bu yaxınlarda işıq üzü görmüş “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin nəşrini isə xüsusi qeyd etmək istərdim. Mərkəzin kollektivi və tanınmış mütəxəssislər Afaq Məsudun rəhbərliyi altında hər bir azərbaycanlıya, eləcə də dilçilik elmimizə çox önəmli töhfə olan mükəmməl bir kitab ərsəyə gətiriblər. İnanıram ki, bu lüğət yalnız mütəxəssislərin deyil, hamının masaüstü kitabı olacaq”.

Hər dəfə Tərcümə Mərkəzindən gələn kitabları, xüsusilə “Xəzər” jurnalını

vərəqləyəndə görülən işin əhəmiyyətini yenidən hiss edirəm

Azərbaycanda lüğətçiliyin tarixi o qədər də qədim deyil, baxmayaraq ki, sözlərin düzgün yazılışı bütün yazıçıları düşündürüb deyən Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, hətta Mirzə Fətəli Axundzadə o vaxtkı ziyalılara yazdığı məktublarında deyirdi ki, Azərbaycan türkcəsinin düzgün yazılışını bilmək istəyirsinizsə, mənim əsərlərimə baxa bilərsiniz. Yəni bu, onu göstərir ki, Azərbaycan dilinin lüğəti də, yazılış qaydası da tarixboyu yazıçıların əməyi nəticəsində mümkün olub. Onlar bu sahədə hər zaman böyük zəhmət çəkiblər. Bizim lüğətlərimizin də kökündə ədəbi dil dayanır ki, ədəbi dilin yaradıcısı da yazıçıdır.

Bu gün sosial şəbəkələrdə insanlar sözləri necə gəldi yazdığını, orfoqrafiya qaydalarını pozduğunu qeyd edən Sabir Rüstəmxanlı vurğulayıb ki, bu səbəbdən orfoqrafiya lüğətinin əhəmiyyəti böyükdür: “Mən Dövlət Tərcümə Mərkəzinin 2017-ci ildə buraxdığı “İşlək Orfoqrafiya Sözlüyü”nün müzakirələrində də iştirak etmişəm. Dilçilik İnstitutunun buraxdığı lüğətdə yer almış bir xeyli sözlər ixtisar olunduğu zaman müəyyən mübahisələr düşsə də, ümumilikdə Tərcümə Mərkəzinin yanaşması düzgün idi. Mərkəz tərəfindən bu il nəşr olunan yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” də praktiki baxımdan çox əhəmiyyətlidir və bu sahədə atılmış çox ciddi bir addım kimi qiymətləndirilməlidir. Bu gün istifadə olunmayan, yalnız keçmişi öyrənmək üçün mütəxəssislərə lazım olan sözləri küll halında orfoqrafiya lüğətinə daxil etməyə ehtiyac yoxdur. Mərkəzin ərsəyə gətirdiyi bu dəyərli vəsaitə görə mən Afaq xanıma və onun rəhbərlik etdiyi Mərkəzə öz təşəkkürümü bildirirəm. Hər dəfə Tərcümə Mərkəzindən gələn kitabları, xüsusilə “Xəzər” jurnalını vərəqləyəndə görülən işin əhəmiyyətini yenidən hiss edirəm. Jurnal dünya ədəbiyyatından, hətta dini ədəbiyyatdan seçmə nümunələri oxucularımıza təqdim edir, dünyanın ciddi qələm sahiblərinin, Nobel mükafatı laureatlarının, dünya şöhrətli yazıçıların əsərlərini, Azərbaycan oxucularının mütaliəsi üçün zəruri olan əsərləri yüksək peşəkarlıqla tərcümə edib bizlərə çatdırır. Bir sözlə, Mərkəzin belə bir zaman kəsiyində - ağır pandemiya şəraitində dildən istifadə, tərcümə sahəsi, beynəlxalq aləmlə ədəbi mübadilələr və s. istiqamətlərdə gördüyü maarifçi əhəmiyyətli işləri yüksək dəyərləndirir, olduqca zəruri və təqdirəlayiq hesab edirəm”.

Bu nəşr Mərkəzin orfoqrafiya lüğətçiliyi sahəsində son illər həyata keçirdiyi 

fundamental layihələrin müasir tələblərə cavab verən ən dəyərli məhsuludur

Toplantıda çıxış edən akademik Nizami Cəfərov bildirib ki, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2020-ci ildə göstərdiyi çox geniş fəaliyyətin ən mühüm hadisəsi, heç şübhəsiz, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” kitabının nəşridir. 2017-ci ildə işıq üzü görmüş “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nün bilavasitə varisi olan bu nəşr Mərkəzin orfoqrafiya lüğətçiliyi sahəsində son illər həyata keçirdiyi fundamental layihələrin müasir tələblərə cavab verən ən dəyərli məhsuludur. Azərbaycan dilinin yeni orfoqrafiya normaları əsasında tərtib edilmiş bu lüğət müvafiq sahədə yeni mərhələ olmaqla ölkə ictimaiyyəti, xüsusilə mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Əsas məsələlərdən biri də ondan ibarətdir ki, Mərkəzin topladığı zəngin material, keçmiş orfoqrafiya lüğətlərilə aparılmış dərin, prinsipial elmi müqayisələr, cari dil prosesləri üzərindəki müşahidələrin davam etdirilməsi bu kitabın ardıcıl olaraq təkmilləşməsinə hərtərəfli zəmanət verir.

Mərkəzin təkmilləşdirilmiş formatda nəşr etdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” misli görünməmiş bir hadisədir və milli maarifçiliyə ciddi bir töhfədir

Dövlət Tərcümə Mərkəzinin pandemiya dövründə fəaliyyətinə toxunan professor Cahangir Məmmədli deyib ki, Mərkəz çox məhsuldar işləyib, onlayn internet formatında mühüm tədbirlər həyata keçirib: “Bu sıradan Azərbaycan həqiqətlərinin müxtəlif xarici dillərdə videoçarx vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırılması işini yüksək dəyərləndirirəm. Mərkəzin nəzdində Tərcümə Agentliyinin yaradılması, dil və tərcümə mütəxəssislərinin sertifikatlaşdırılması, dil kursları, yeni təkmil “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin ərsəyə gətirilməsi kimi fundamental işlər də öz əlamətdar töhfələrini vermişdir. Peşəkar tərcüməçilərin seçimi təkcə Mərkəz üçün deyil, belə kadrların tələb olunduğu müəssisələr üçün də çox zəruridir. Ölkədə orijinal media faktı olan “Xəzər” jurnalının fəaliyyəti də təqdirəlayiqdir. Mərkəzin maarifçilik missiyası qurumun “Açıq kitab” elektron kitabxanası formatında daha aydın görünür”.

Mərkəzin nəşr və fəaliyyətini ayrıca qeyd edən Cahangir Məmmədli bu mənada, klassik və müasir Azərbaycan ədəbiyyatının dünya çapına çıxarılması, eləcə də ölkənin mənəvi-maarifçi durum üçün müstəsna əhəmiyyət daşıyan dünya ədəbiyyatı nəşrlərini xüsusilə qeyd edib. Fikrimcə, Mərkəzin təkmilləşdirilmiş formatda nəşr etdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” misli görünməmiş bir hadisədir və milli maarifçiliyə ciddi bir töhfədir. Mənə elə gəlir ki, lüğətin Azərbaycan Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə orta məktəblərə və ali təhsil müəssisələrinə, eləcə də Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkə kitabxanalarına paylanması çox zəruridir.

Dövlət Tərcümə Mərkəzinin göstərdiyi bu fəaliyyəti ilə neçə illərdən bəridir ki, geniş ictimaiyyətin sevgisini qazandığını vurğulayan alim Mərkəzin bütün kollektivinə parlaq vətəndaşlıq fəaliyyətinə görə təşəkkür edib.

Yeni orfoqrafiya lüğətimizi indiyədək nəşr olunmuş Azərbaycan 

dilinin orfoqrafiya lüğətlərinin ən kamili hesab etmək olar

Ölkədə pandemiya və karantin şəraitinin mövcudluğunun bütün qurumların, yaradıcı təşkilatların, o cümlədən Dövlət Tərcümə Mərkəzinin fəaliyyətini çətinləşdirdiyini söyləyən professor Qulu Məhərrəmli deyib ki, buna baxmayaraq verilən hesabatdan göründüyü kimi Mərkəz göstərilən dövr ərzində bir sıra qiymətli işlər görə bilib. Həmin işlər sırasında Azərbaycan dilinin müxtəlif sahələrdə işlənməsi, dil normalarına riayət və tərcümədən istifadə məsələləri öndə olub: “Mən Mərkəzin bu sahədəki fəaliyyətini, həmçinin Azərbaycanın beynəlxalq aləmdə tanıdılması istiqamətində həyata keçirdiyi təşkilati tədbirləri yüksək qiymətləndirirəm”. 

İstənilən qurumun fəaliyyətinin daha çox ortaya qoyduğu işlərin kəmiyyət və keyfiyyətində özünü göstərdiyini vurğulayan Q.Məhərrəmli bildirib ki, bu mənada Mərkəzin çap etdiyi kitablar, o cümlədən tərcümə ədəbiyyatları ictimaiyyət tərəfindən olduqca müsbət qarşılanır. Bu nəşrlər sırasında heç şübhəsiz ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin yeni nəşri xüsusi əhəmiyyətə malikdir. Bildiyiniz kimi, Mərkəz uzun illər ərzində orfoqrafiya lüğəti üzərində gərgin iş apararaq onu cilalamış və mükəmməl şəkildə ictimaiyyətə təqdim etmişdir. Bu orfoqrafiya lüğətini, indiyədək nəşr olunmuş Azərbaycan dilinin orfoqrafiya lüğətlərinin ən kamili hesab etmək olar.

“Yuxarıda deyilənləri nəzərə alaraq, ana dilimizin qorunması, ölkəmizin və onun ədəbiyyatının beynəlxalq aləmdə tanıdılması sahəsində çoxşaxəli iş aparan Dövlət Tərcümə Mərkəzinin 2020-ci il üzrə fəaliyyətini uğurlu və məhsuldar hesab edirəm”,-deyə Q.Məhərrəmli bildirib.

Təəssüflə deməliyəm ki, hələ bu günə qədər hətta ziyalı təbəqənin də

bir qismi dilimizdə çox işlənən bəzi sözlərin, terminlərin doğru-düzgün

yazılış qaydasını bilmir

Filologiya elmləri doktoru, professor Cəlil Nağıyev deyib ki, bütün dünyanı bürüyən, bəşəriyyəti lərzəyə salan COVID-19 pandemiyası dövründə Azərbaycan Dövlət Tərcümə Mərkəzi öz fəaliyyətini uğurla davam etdirib, dil və tərcümə sahəsində, beynəlxalq məkanda aparılan ədəbi mübadilələr istiqamətində bir sıra mühüm işlər görüb və görməkdədir. Bu sıradan, ilk növbədə, Mərkəzin ərsəyə gətirdiyi yeni orfoqrafiya lüğətini qeyd etmək istərdim. Nəhayət ki, Azərbaycan ictimaiyyətinin çoxdan gözlədiyi və xalqımızın ehtiyac duyduğu “Azərbaycan dilinin orfoqrafiya lüğəti” kitabı işıq üzü gördü. Bu qiymətli kitabı Azərbaycan Dövlət Tərcümə Mərkəzi hazırladı və nəşr etdi. Bu lüğəti Xalq yazıçısı, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq Məsud tərtib edib. Uzun illərin ağır zəhmətinin bəhrəsi olan bu tədqiqat əsəri dövlət dilimizin inkişafı və doğru-dürüst şəkildə istifadə edilməsi yolunda atılmış uğurlu addım olmaqla yanaşı, həm də son dövrlərdə bu sahədə ərsəyə gətirilmiş misilsiz abidədir. Əlli illik müəllimlik, elmi-tədqiqatçılıq və tərcüməçilik təcrübəmdən çıxış edərək deyə bilərəm ki, bu lüğət eyni dərəcədə həm tələbələr, həm müəllimlər, həm də ümumiyyətlə hər bir azərbaycanlı üçün xüsusi əhəmiyyət kəsb edən bir vəsaitdir. Təəssüflə deməliyəm ki, hələ bu günə qədər, hətta ziyalı təbəqənin də bir qismi dilimizdə çox işlənən bəzi sözlərin, terminlərin doğru-düzgün yazılış qaydasını bilmir. Barəsində bəhs olunan bu lüğət dilimizin saflaşmasına, cilalanmasına və inkişafına xidmət edir.

Təsadüfi deyil ki, lüğət “abad” sözü ilə başlayır, yəni obrazlı desək, 

bu lüğətdə ana dilimizin varlığı sahmana salınır, yenidən abad edilir

Bu gün Azərbaycan Dövlət Tərcümə Mərkəzinin həyata keçirdiyi fundamental işlər sayəsində ölkəmizdə tərcümə ənənəsinin, tərcümə mədəniyyətinin yarandığını bildirən professor Rüstəm Kamal qeyd edib ki, bədii tərcümə həm də dil məsələsidir, dilin inkişafını şərtləndirən mühüm amillərdən biridir. Bu mənada, Xalq yazıçısı Afaq Məsud kimi yüksək peşəkarın bu quruma rəhbərlik etməsi tərcümənin sənət səviyyəsinə qalxmasına imkan verir: “Görkəmli yazıçımızın “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ni tərtib etməsi humanitar sahədə ölkənin diqqətçəkən hadisələrindən biridir. Onu da qeyd edim ki, orfoqrafiya lüğətini tərtib etmək filologiya elminin ən çətin, mühüm və şərəfli sahələrindən biridir. Orfoqrafiya lüğəti hər bir millətin ümumi və mədəni inkişafının, dilin ekoloji durumunun, xalqın öz ana dilinə, ədəbi dilə münasibətinin göstəricisidir. 2004-cü və 2013-cü ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən buraxılan orfoqrafiya lüğətləri ziyalıların səbir kasasını daşdırdı. “Ölü” ərəb-fars sözləri, qurama ləhcə ifadələri, qaba kəlmələrlə söz ehtiyatımızın süni artımına nail olmaq istəyənlər ictimaiyyətin haqlı tənqidinə məruz qaldı. Təbii ki, Tərcümə Mərkəzi bu ümumxalq etiraz kampaniyasından kənarda qala bilməzdi. Orfoqrafiya lüğətinə elmi-nəzəri cəhətdən mükəmməl “Ön söz” yazmış Afaq Məsudun öz təbiri ilə desək, “özündə milli və dövləti məsələyə məsuliyyətli yanaşmanın vacibliyini, ehtiva edən dilin konstitusiyası sayılan, dövlət gerbimiz, bayrağımız bərabərində milli dövlətçilik atributu olan dil qaynağı” - Orfoqrafiya lüğətində dilimizin danılmaz gözəlliyi və zənginliyi ortaya qoyulmalıydı. Bu dilin yaradıcılarından biri və təəssübkeşi kimi Afaq xanım bu məsuliyyətli işi üzərinə götürdü. Mərkəzin tərtib etdiyi bu lüğətdə dilimizin qrammatik, leksik qanunları və ədəbi dil normaları, dövriyyədə olan sözlərin məna yükü və dinamik işlənmə tezliyi nəzərə alınaraq yüksək vətəndaşlıq hissi və təmkinlə saflaşma işi aparılıb. Təsadüfi deyil ki, lüğət “abad” sözü ilə başlayır, yəni obrazlı desək, bu lüğətdə ana dilimizin varlığı sahmana salınır, yenidən abad edilir”.

Mərkəzin lüğəti işə yanaşma və tərtib səviyyəsinə görə

“Divanü lüğət-it türk”lə müqayisə edilə bilər

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin böyük işlər gördüyünü söyləyən şair-tərcüməçi Vaqif Aslan bildirib ki, bu işlər sayəsində milli ədəbiyyatımız dünya kitabxanalarına, universitetlərə yerləşdirilir, dünya oxucusu tərəfindən oxunmağa, tədqiq olunmağa başlayır, dünya ədəbiyyatı Azərbaycan dilində danışır. Mərkəzin ərsəyə gətirdiyi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” isə xüsusi qeyd edilməlidir: “İlk növbədə, bildirim ki, bu nəşr fundamental və titanik zəhmətin bəhrəsidir. Azərbaycan dilinin ilk orfoqrafiya lüğəti bildiyimiz kimi 1929-cu ildə nəşr edildi, bu nəşrin davamı kimi 1940-cı, 1960-cı, 1975-ci illərdə çap edilmiş orfoqrafiya lüğətlərimiz bu vaxta qədər bütün kəm-kəsirləri və çatışmazlıqları ilə orfoqrafiya lüğətçiliyi işinin barometri rolunda çıxış edirdi. Lakin bildiyimiz kimi, orfoqrafiya lüğəti sözlərin düzgün yazılışını bildirməklə bərabər, həm də dilin lüğət fondunun həcmini, söz ehtiyatının artma və azalma statistikasını müəyyən edən əlahiddə nəşr kimi müstəsna əhəmiyyətə malikdir. Orfoqrafiya lüğəti, eyni zamanda, dillərarası əlaqələrin öyrənilməsi baxımından da əvəzsiz mənbədir. Qeyd etdiyim keçmiş nəsrlərdə xeyli sayda ədəbi dilimizdə işlənməyən ərəb, fars sözləri, arxaizmlər və sair yer alırdı ki, yeni lüğətin tərtibi zamanı bütün bunlar çox incə və həssas yanaşma ilə dilimizin söz ehtiyatından kənarlaşdırıldı və ortaya yeni, mükəmməl bir orfoqrafiya vəsaiti qoyuldu. Fikrimcə Dövlət Tərcümə Mərkəzinin ərsəyə gətirdiyi bu yeni lüğətimiz işə yanaşma və tərtib səviyyəsinə görə “Divanü lüğət-it türk”lə müqayisə edilə bilər. Bu kitabı, bu günümüzə və gələcəyimizə hesablanan misilsiz töhfə kimi dəyərləndirirəm”.

Çox nəfis, oxunuşu və istifadəsi asan

bir kitab ortaya qoyulmuşdur

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin pandemiya şəraitində gördüyü işləri qənaətbəxş hesab edən filologiya elmləri doktoru, dosent Paşa Kərimov bildirib ki, pandemiyanın həyatımızın bütün sahələrini əhatə etdiyi bir dövrdə, çətin şəraitdə tərcümə işinin təşkili sahəsində bir sıra işlər görülmüş, monitorinqlər aparılmış, ölkədə fəaliyyət göstərən tərcüməçilərin ayarlanması məqsədilə seçim turları təşkil edilmiş, rus, ingilis və ispan dilləri üzrə kurslar keçirilmiş, Mərkəzin Tərcümə Agentliyi yaradılmış, kitablar nəşr edilmişdir. Azərbaycanın beynəlxalq aləmdə tanıdılması üçün görülən işlər, sosial şəbəkələrdə yayılan çarxlar da təqdirəlayiqdir. Ən böyük nailiyyətlər içində bu müddət ərzində ərsəyə gətirilmiş “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ni xüsusilə qeyd etmək istərdim. Bu lüğət Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci ildə imzaladığı Azərbaycan dilindən istifadənin genişləndirilməsinə dair Sərəncamına layiqli töhfədir. Çox nəfis, oxunuşu və istifadəsi asan bir kitab ortaya qoyulmuşdur. Giriş hissədə sözlərin asanlıqla tapılması üçün qeydlər var. Yeni lüğətin yaradılmasında əsas məqsəd vəsaitin süni sözlərdən təmizlənməsi, geniş əhali kütləsi və müxtəlif qurumlarda, KİV-də çalışanların işinə yarayan bir orfoqrafiya lüğəti ortaya qoymaqdan ibarət olub. Orta əsrlərdən bəri bütün lüğətlərdə ən cəlbedici cəhət - istifadənin asanlığı olub: “Hesab edirəm ki, Azərbaycan Dövlət Tərcümə Mərkəzi bu lüğəti tərtib edərkən məqsədinə nail olub, qurama sözlərdən təmizlənmiş azad, dildə işlək sözlərdən ibarət, istifadəsi asan bir orfoqrafiya lüğəti ortaya qoyub. Fikrimcə, Azərbaycan Respublikasının coğrafi adlarının, dünya üzrə coğrafi adların, Azərbaycan milli musiqi adlarının, Azərbaycan xalçaları adlarının ayrıca olaraq lüğətə daxil edilməsi kitabdan istifadə etmək istəyənlərin sayını daha da artıracaq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib