Döyüş mövqelərindən qaçan erməni əsgərlərinə məxsus sənədlər FOTO
Füzuli, 1 oktyabr, Aydın Yavər, AZƏRTAC
Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına davam gətirməyən işğalçı erməni hərbçiləri vahimə içərisində geri çəkilirlər.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, Azərbaycan əsgərindən qorxan düşmən hərbi texnikaları ilə yanaşı, şəxsi sənədlərini, o cümlədən hərbi biletlərini və digər əşyalarını da ataraq qaçırlar.
Cəbhənin Füzuli istiqamətində məhv edilən, eləcə də döyüş mövqelərindən qaçan erməni əsgərlərinə məxsus bəzi sənədlərin fotolarını təqdim edirik.