“Dramaturgiyamız komizm işığında” – yeni nəşr
Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda uzun illər fəaliyyət göstərmiş filologiya elmləri doktoru, professor Arif Səfiyevin (1934-2024) “Dramaturgiyamız komizm işığında” kitabı nəşr edilib.
Ədəbiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, kitabı alimin 90 illik yubileyi münasibətilə filologiya üzrə fəlsəfə doktoru, dosent Safurə Quliyeva tərtib edərək çapa hazırlayıb. Kitabın elmi redaktoru mərhum alim professor Şirindil Alışanlı, rəyçiləri filologiya üzrə fəlsəfə doktorları, dosentlər Hicran Nəsibova və Tahir Məsimovdur.
Alimin 70 illiyi münasibətilə filologiya elmləri doktoru Şamil Salmanovun yazdığı “Janra sədaqət” və 75 illiyində filologiya elmləri doktoru Zaman Əsgərlinin yazdığı “Komik gülüşün sərrafı” məqalələri, həmçinin tərtibçi Safurə Quliyevanın “İşıqlı alim, əməlisaleh insan” məqaləsi də kitaba daxil edilib.
Kitaba ədəbiyyatşünas alim Arif Səfiyevin müxtəlif qəzet və jurnallarda 1964-2007-ci illərdə çap edilmiş məqalələri və Ədəbiyyat İnstitutu tərəfindən 1976-1984-cü illərdə hazırlanmış “Ədəbi proses” kitablarında müəllifi olduğu “Dramaturgiya” oçerkləri daxil edilib. Toplunun sonunda Arif Səfiyevin arxivindəki gənclik illərində yazıb heç yerdə çap etdirmədiyi lirik şeirləri və bir sıra şəkilləri də təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [13:54]
DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib
- 07.06.2026 [13:10]
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir
- 06.06.2026 [19:47]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]