DUBAYDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİ ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin vəfatının dördüncü ildönümü xarici ölkələrdə də qeyd olunur.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti ümummilli lider Heydər Əliyevin vəfatının dördüncü ildönümü ilə əlaqədar anma mərasimi keçirmişdir. Tədbirdə Birləşmiş Ərəb Əmirliyində yaşayan türk və türkmən diaspor təşkilatlarının nümayəndələri də iştirak etmişlər.
Mərasim iştirakçıları əvvəlcə ümummilli liderin həyat və fəaliyyətini əks etdirən fotostendlə tanış olmuşlar. Sonra görkəmli siyasi xadim Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Cəmiyyətin rəhbəri Samir İman ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, müstəqil Azərbaycanın inkişafı yolunda gördüyü böyük işlər barədə danışmışdır. Dahi şəxsiyyət Heydər Əliyevin həyatının sonunadək xalqına şərəflə xidmət etdiyini qeyd edən cəmiyyətin sədri bildirmişdir ki, ulu öndərin ideyalarını və siyasətini bu gün onun layiqli davamçısı, Prezident İlham Əliyev həyata keçirir.
Anma mərasimində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]