DUBAYDA XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ANILMIŞDIR
Bakı, 24 fevral (AZƏRTAC). Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, Dubay Əmirliyində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti Xocalı soyqırımının 17-ci ildönümünə həsr olunmuş anma tədbiri keçirmişdir.
Soydaşlarımızla yanaşı, türk, fransız, rus icmalarının, İraq türkmanlarının və ərəblərin də iştirak etdiyi tədbirdə çıxış edən Azərbaycan Cəmiyyətinin sədri Samir İmanov 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin Xocalı şəhərində törətdikləri dəhşətli qırğın barədə ətraflı məlumat vermiş, bunun XX əsrin faciələrindən biri olduğunu vurğulamışdır.
Tədbirdə Xocalı faciəsinə dair fotoşəkillər, kitablar nümayiş etdirilmiş, onlardan bəziləri qonaqlara paylanmış, Heydər Əliyev Fondunun hazırladığı və soyqırımdan bəhs edən film göstərilmişdir.
Dubayda çıxan “Əl-Bayan” və “Gulf News” qəzetlərində Samir İmanovun müsahibələri dərc olunacaqdır.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]