DÜNYA AZƏRBAYCANLILARI KONQRESİNİN AZƏRBAYCAN NÜMAYƏNDƏLİYİ XOCALI SOYQIRIMI İLƏ ƏLAQƏDAR SİLSİLƏ TƏDBİRLƏR KEÇİRƏCƏKDİR
Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyi XX əsrin ən böyük faciələrindən sayılan Xocalı soyqırımı ilə əlaqədar silsilə tədbirlər keçirəcəkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 5-də DAK-ın Azərbaycan nümayəndəliyinin Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verilmişdir.
Nümayəndəliyin rəhbəri İsmayıl Ağayev bildirmişdir ki, DAK 2007-ci ili “Xocalı ili” elan etdikdən sonra Bakıda, eləcə də xarici ölkələrdə bir sıra önəmli tədbirlər həyata keçirilmişdir. Faciənin 16-cı ildönümü ilə əlaqədar daha bir neçə mərasimin keçirilməsi nəzərdə tutulmuşdur.
Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, professor Vaqif Arzumanlı, “Xocalı soyqırımını tanıtma” ictimai birliyinin sədri Şamil Ələkbərli və başqaları ermənilərin tarixən türklərə və azərbaycanlılara qarşı törətdikləri terror aksiyaları, soyqırımları barədə ətraflı məlumat vermiş, Xocalı faciəsinin bu çirkin siyasətin davamı olduğunu diqqətə çatdırmışlar.
Xatırladaq ki, faciənin ildönümü ərəfəsində beynəlxalq təşkilatların nümayəndəlikləri, xarici ölkələrin parlamentləri qarşısında dinc aksiyalar keçiriləcək, fotostendlər təşkil olunacaq, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərlə bağlı broşür və açıqcalar paylanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]