DÜNYA AZƏRBAYCANLILARI KONQRESİNİN AZƏRBAYCAN NÜMAYƏNDƏLİYİNDƏ İSRAİL NUMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyinin ofisində İsraildə fəaliyyət göstərən Yaxın Şərq Azərbaycanlıları Konqresinin numayəndə heyəti ilə görüş olmuşdur.
Görüşdə DAK-ın Azərbaycan nümayəndəliyinin fəaliyyəti haqqında ətraflı məlumat verilmiş, erməni şovinistlərinin xalqımıza, bütövlükdə türk dünyasına qarşı törətdikləri ağlasığmaz vəhşiliklərdən danışılmışdır. Bundan əlavə, bu yaxınlarda Quba və Neftçalada aşkarlanmış kütləvi məzarlar haqqında ətraflı məlumat verilmişdir.
İsraildəki Yaxın Şərq Azərbaycanlıları Konqresinin sədri Aleks Şapiro Suliman rəhbərlik etdiyi təşkilat haqqında məlumat vermiş və bildirmişdir ki, mərkəzi ofisi Təl-Əvivdə yerləşən Konqres öz sıralarında 3 minə yaxın insanı birləşdirir.
Görüşdə Azərbaycanda yaşayan yəhudi icması üçün yaradılan şəraitdən söz açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]