DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ BÖYÜK BRİTANİYADA DA QEYD EDİLMİŞDİR
Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, səfirlikdə Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə qəbul təşkil olunmuşdur.
Tədbirdə Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının üzvləri, tələbələr, səfirliklə daimi əlaqədə olan həmvətənlərimiz iştirak etmişlər.
Mərasimdə səfir Fəxrəddin Qurbanov hazırkı tarixi mərhələdə həmrəylik məsələsinin Azərbaycan xalqı üçün həyati əhəmiyyətini diqqətə çatdırmış, məhz bununla ümummilli lider Heydər Əliyevin Dünya azərbaycanlılarının həmrəyliyi gününün qeyd edilməsi barədə təşəbbüsünü müdrik və uzaqgörən bir addım kimi qiymətləndirmişdir. O, Böyük Britaniyadakı Azərbaycan diasporunun fəaliyyəti haqqında danışmış, səfirliyin icmamızın inkişafına bundan sonra da kömək göstərəcəyini söyləmişdir.
Azərbaycan diaspor təşkilatlarının nümayəndələri belə tədbirlərin icma nümayəndələrində ruh yüksəkliyi yaratdığını, tarixi Vətənlə bağlılıq hisslərini gücləndirdiyini qeyd etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]