DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ İSRAİLDƏ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilk dəfə İsraildə keçiriləcəkdir.
Dünya Azərbaycanlıları Konqresindən (DAK) bildirmişlər ki, bu barədə azərbaycanlıların Yaxın Şərq üzrə Konqresinin rəyasət heyəti qərar qəbul etmişdir. Tədbirdə DAK sədri Qulamrza Səbri Təbrizi də iştirak edəcəkdir.
Bayram ərəfəsində İsrailin Rişon-Le-Çion şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı da planlaşdırılır. Azərbaycanlıların Yaxın Şərq üzrə Konqresinin tərkibində fəaliyyət göstərəcək mərkəz Heydər Əliev Fondu və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə birgə layihələr həyata keçirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]