DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ TƏNTƏNƏ İLƏ QEYD OLUNUR
AZƏRTAC xəbər verir ki, xarici ölkələrdə yaşayan soydaşlarımız 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə bayram tədbirləri keçirmişlər.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, Kişinyovda Moldova Azərbaycanlıları Konqresinin və Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə geniş bayram şənliyi təşkil olunmuşdur. Tədbirdə diplomatlar, Moldovanın hökumət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Rəsmi qəbulla yanaşı, Moldovada yaşayan azərbaycanlı uşaqlar üçün də ayrıca bayram şənliyi keçirilmişdir.
Latviyanın paytaxtı Riqadakı “Klassik” gimnaziyasında “Ocaq” Mədəniyyət Mərkəzi və Azərbaycanın Latviyadakı səfirliyinin təşəbbüsü ilə təşkil olunan bayram şənliyində soydaşlarımızla yanaşı, bu ölkənin rəsmiləri də qatılmışlar. Tədbir konsert proqramı ilə başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]