Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəhidlərimizin ailələri ziyarət edilib
Bakı, 30 dekabr, AZƏRTAC
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi və xidməti vəzifələrinin icrası zamanı şəhid olmuş sərhədçilərin ailələri ziyarət edilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, görüşlər zamanı şəhid ailələrinin sosial təminat məsələlərinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu xüsusi vurğulanıb, onların rifah halının yaxşılaşdırılması üçün ardıcıl və məqsədyönlü tədbirlərin görüldüyü qeyd olunub.
Şəhid ailələri göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə edib, dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinin daim uca tutulmasından qürur duyduqlarını bildiriblər.