Dünya Bankı qlobal problemlərdən çıxış yolunu beynəlxalq əməkdaşlıqda görür
Bakı, 21 fevral, AZƏRTAC
Çoxtərəfli əlaqələr bir sıra qlobal çağırışlarla mübarizədə həmişəkindən daha vacibdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Dünya Bankının icraçı direktoru Aksel van Trotsenburq Sinxua agentliyinə Münxen Təhlükəsizlik Konfransının nəticələrinə həsr olunan müsahibəsində deyib.
“Hazırkı vəziyyətdə beynəlxalq həmrəyliyə daha çox ehtiyac var və biz qlobal problemləri yalnız birlikdə həll edə bilərik”, - deyə Trotsenburq bildirib. O, həmçinin beynəlxalq əməkdaşlığın vacibliyini və təkbaşına uğur qazanmağın mümkün olmadığını vurğulayıb.
Müsahibədə qeyd olunur ki, qlobal inkişaf çətinləşdikcə, yoxsul ölkələrin acınacaqlı vəziyyəti Dünya Bankını xüsusilə narahat edir. Əvvəlki dövrlərlə müqayisədə zəif iqtisadi artım ən yoxsul ölkələrdən inkişaf etməkdə olan ölkələrə qədər hər kəsə təsir edir
“Hazırkı vəziyyətdə beynəlxalq həmrəylik zəruridir və çoxtərəfli əlaqələr həmişəkindən daha vacibdir”, - deyə icraçı direktor əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]