Dünya Bankı Ukraynaya 610 milyon dollarlıq yeni yardım paketini təsdiqləyib
Bakı, 21 dekabr, AZƏRTAC
Dünya Bankı Ukraynanın “təcili ehtiyaclarını ödəmək üçün” 610 milyon dollarlıq yeni yardım paketini təsdiqləyib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu maliyyə paketi davam edən müharibə şəraitində Ukraynaya kömək və yenidənqurma səylərini gücləndirmək üçün layihələri özündə əks etdirir.
Paket xüsusilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən Britaniyanın zəmanəti ilə 500 milyon dollar kreditin verilməsini nəzərdə tutur. Bu vəsait Ukrayna hökumətinə uşaq və ailə müavinətlərinin, dövlət qulluqçularının maaşlarının və kommunal xərclərin ödənilməsi ilə bağlı xərcləri qarşılamağa kömək edəcək.
Bank, həmçinin Ukraynaya səhiyyə xidmətlərinə çıxışın bərpası və yaxşılaşdırılması üçün yeni layihə ilə dəstək verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [15:12]
“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]