Dünya birinciliyi: Azərbaycanın iki boksçusu mərhələ adlayıb
Bakı, 25 oktyabr, AZƏRTAC
Azərbaycanın iki boksçusu Monteneqronun Budva şəhərində gənclər arasında dünya birinciliyində növbəti mərhələyə yüksəlib.
Azərbaycan Boks Federasiyasından (ABF) AZƏRTAC-a verilən məlumata görə, mundialın üçüncü günündə Zidan Hümbətov (51 kiloqram) ilk görüşündə Alexandros Mavrommatislə (Yunanıstan) qarşılaşıb. O, görüşün taleyini ikinci raundda həll edərək tam üstünlüklə qalib gəlib. Z.Hümbətov 1/8 finalda Mateuş Şoçarjla döyüşəcək.
Əli Abdullayev (63,5 kiloqram) isə ikinci qarşılaşmasını aktivinə yazıb. O, 1/16 finalda Malik Suqaypovu (Rusiya) məğlub edib – 4:1 (29:28, 28:29, 29:28, 29:28, 30:27). Boksçumuz növbəti görüşündə Ruslan Qafurovla (Tacikistan) üz-üzə gələcək.
Qeyd edək ki, dünya birinciliyinə noyabrın 3-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]