Dünya çempionatı: Gövhər Beydullayeva qızıl medalı təmin edib
Bakı, 21 oktyabr, AZƏRTAC
İtaliyada 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatında təmsilçilərimiz 10-cu turda iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, bu gün keçirilən 10-cu turda qızlar arasında yarışan şahmatçımız Gövhər Beydullayeva sloveniyalı Zala Urh, Ləman Hacıyeva isə polşalı Livia Jarocka ilə heç-heçə ediblər. Oğlanlar arasında Abdulla Qədimbəyli macarıstanlı Adam Kozakla heç-heçə edib, Məhəmməd Muradlı isə israilli Yair Parkhova qalib gəlib.
Bununla da Gövhər Beydullayeva 20 yaşa qədər şahmatçıların dünya çempionatında qızıl medalı təmin edib. 10-cu turda yarım xal qazanan şahmatçımız ilkə imza atdı.
Qeyd edək ki, dünya çempionatı İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarətdir. Reqlamentə görə xallar bərabər olacağı halda şəxsi görüşlər nəzərə alınır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:05]
Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda ikinci hissə başlayıb
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]