Dünya çempionatı: Şahmatçılarımız səkkizinci turda mübarizə aparacaqlar
Bakı, 19 oktyabr, AZƏRTAC
İtaliyada 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, oktyabrın 19-da şahmatçılarımız səkkizinci turda mübarizə aparacaqlar. Təmsilçilərimizdən qızlar arasında yarışan Gövhər Beydullayeva qazaxıstanlı Assel Serikbay, Ləman Hacıyeva isə Qazaxıstanın digər idmançısı Liya Kurmangaliyeva ilə görüşəcək. Oğlanlar arasında isə Abdulla Qədimbəyli Monqolustan şahmatçısı Dambasuren Batsuren, Məhəmməd Muradlı isə italiyalı Gabriele Lumaçi ilə qarşılaşacaq.
Ötən turların nəticəsinə görə, 6 xal toplayan G.Beydullayeva liderliyini davam etdirir. Aktivlərində 5 xal olan A.Qədimbəyli 9-cu, L.Hacıyeva 10-cu, M.Muradlı 4 xalla 50-ci pillədədir.
Qeyd edək ki, dünya çempionatı İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [22:55]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:41]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]