Dünya çempionatı: Şahmatçılarımız səkkizinci turu qələbə ilə başa vurublar
Bakı, 19 oktyabr, AZƏRTAC
İtaliyada 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, bu gün keçirilən səkkizinci turu şahmatçılarımızın dördü də qələbə ilə başa vurub. Belə ki, qızlar arasında yarışan Gövhər Beydullayeva qazaxıstanlı Assel Serikbay, Ləman Hacıyeva isə Qazaxıstanın digər idmançısı Liya Kurmangaliyeva üzərində qələbə qazanıblar. Oğlanlar arasında Abdulla Qədimbəyli Monqolustan şahmatçısı Dambasuren Batsuren, Məhəmməd Muradlı isə italiyalı Gabriele Lumaçi məğlub edib.
Ötən turların nəticəsinə görə, 7 xal toplayan G.Beydullayeva liderliyini davam etdirir. A.Qədimbəyli, L.Hacıyeva 6, M.Muradlı 5 xala malikdir.
Qeyd edək ki, dünya çempionatı İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [22:55]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:41]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]