Dünya çempionatında İran azarkeşləri üçün ayrılan bilet kvotası ləğv edilib
Bakı, 9 iyun, AZƏRTAC
İran millisinin azarkeşləri futbol üzrə dünya çempionatının oyunlarına bilet əldə etmək imkanını itiriblər.
AZƏRTAC İran Futbol Federasiyasına istinadən xəbər verir ki, turnirin başlamasına iki gün qalmış təşkilatçılar İran azarkeşləri üçün nəzərdə tutulan bilet kvotasını ləğv ediblər.
Federasiyadan bildirilib ki, bir çox azarkeş rəsmi qaydalara uyğun olaraq artıq ABŞ-yə səfərlə bağlı planlarını hazırlayıb lazımi tədbirləri görsə də, milli komandanın oyunlarını tribunadan izləmək imkanından məhrum olub.
Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. İran millisi qrup mərhələsində Belçika, Misir və Yeni Zelandiya ilə qarşılaşacaq. Asiya təmsilçisi qrup oyunlarını ABŞ-də keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [19:24]
Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib
- 09.06.2026 [19:08]
Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]