Dünya Qadın Seriyası: Azərbaycan basketbol millisi Fransada mübarizəyə başlayır


Bakı, 14 iyun, AZƏRTAC
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Qadın Seriyasının “Klermon-Ferrand” mərhələsində mübarizəyə başlayacaq.
Azərbaycan Basketbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yığma Fransada baş tutacaq yarışın D qrupunda Filippin və Niderland komandaları ilə üz-üzə gələcək. Hər iki görüş bu gün baş tutacaq.
Qeyd edək ki, Dünya Qadın Seriyasının dörd mərhələsindən sonra Azərbaycan 45 xalla 19-cu yerdə qərarlaşıb.