DÜNYADA İLK ƏRİŞTƏ 4 MİN İL ƏVVƏL ÇİNDƏ HAZIRLANMIŞDIR
Alimlər Xuanxe çayının deltasında yerləşən qədim Latszya kəndində arxeoloji qazıntılar zamanı bu xəmir məmulatının qalıqları olan kip bağlanmış gil kasa tapmışlar. Ekspertlərin sözlərinə görə, sarımtıl rəngli, kifayət qədər nazik və təxminən 50 santimetr uzunluğunda əriştə çinlilərin sevimli “lamyan” əriştəsinə bənzəyirdi. Tapıntının yaşını müəyyənləşdirmək üçün radioaktiv karbon izotopunun ölçülməsi üsulundan istifadə olunmuşdur.
Əvvəllər güman edilirdi ki, əriştənin vətəni Yaxın Şərqdir və italyanlar məşhur spagettilərini ərəblərdən əxz etmişlər. Çində isə əriştə barədə erkən məlumata hələ eramızdan əvvəl III əsrdə rast gəlinir. O vaxt əriştə darıdan hazırlanırdı.
Həmin dövrdən düyü ilə yanaşı, əriştə hər bir çinlinin sevimli təamına çevrilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [22:11]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]