Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünyanın ən heyrətamiz və təhlükəli çimərlikləri

Bakı, 20 avqust, AZƏRTAC

Günəşli yay havası, dəniz və çimərlik...Mənalı istirahət etmək üçün daha nə lazımdır? Lakin planetimizdə bir çox yerlər yalnız kənardan çox cazibəli görünür. Əslində isə onların bir çoxu ölüm saçır.

AZƏRTAC “Populyarnaya mexanika” saytına istinadla planetimizdəki ən təhlükəli sahilyanı bölgələri təqdim edir. Bu yerlərdə siz ölüm təhlükəsi ilə üzləşə bilərsiniz.

                                     Qadağan olunmuş Sentinel adası

Hind okeanının Benqal körfəzində - Andaman arxipelaqının arasında kiçik Şimali Sentinel adası var. Bu adaya getmək olduqca çətindir. Heç bir balıqçı sizi asanlıqla oraya aparmağa razı olmaz. Amma kimsə balıqçını yola gətirərək adaya gedərsə, elə qumun üzərində onlarla metr məsafədə ölümdən qaçmağa çalışacaq. Çünki qısa müddətdən sonra bədənində ox yaraları hiss edəcək. Yaralı səyahətçi ona ox atan hirsli “sərhədçiləri” görməyəcək. Hücumlar cəngəlliklərdən və heç bir xəbərdarlıq olmadan gələcək.

Burada dünyanın ən qeyri-qonaqpərvər xalqlarından biri - sentinellilər yaşayır. Heç kim onların sayını dəqiq bilmir və nədən bu qədər aqressiv olduqlarını da anlamır. Ehtimal edilir ki, aborigenlər bu vaxtadək oddan istifadə etmir, onların kinli olması isə keçmişdə yaşadıqları acı təcrübə ilə bağlıdır. Bu regionda Britaniya müstəmləkəçiləri çoxlu qəddarlığa yol veriblər və yerli əhalinin əcnəbilərə, xüsusən ağdərililərə qarşı nifrətinə səbəb olublar. Hindistan öz yurisdiksiyası altında olan Şimali Sentinel əhalisini assimilyasiya etmək istəmir və onların hüquqlarını qoruyur.

Skeletlər adasında ideal çimərlik

Afrikanın cənubunda yerləşən Skeletlər adasında ucsuz-bucaqsız qumluqlar o qədər “ölüdür” ki, hər hansı zülal orqanizmi çox asanlıqla bir çox yırtıcıların yeminə çevrilir. Burada tez-tez şirlərə, çaqqallara və qəbireşənlərə rast gəlmək olar. Sularda isə köpək balıqları qaynaşır. Adama elə gəlir ki, bu yırtıcılar üçün adada yem tapmaq çətindir. Amma onları balıqlarla qıdalanan suitiləri cəlb edir. Bu ərazidə onların sayı həddindən çoxdur.

Lakin insanlar okeandan uzaqdakı dəniz məməlilərinin əhatəsində olsa belə, onları yenə də ölüm gözləyir. Ətrafda, hətta 10 kilometrlərlə məsafədə içməli su tapa bilməyəcəksiniz, yağışlar isə bir neçə ildən bir yağır. Şübhəsiz ki, burada ucsuz-bucaqsız və mənzərəli qumluqlar, təlatümlü okean və qəzaya düşmüş gəmilərin qalıqları ecazkar panorama yaradır. Amma adaya yollanmaq sizin həyatınız bahasına başa gələ bilər. Qitə tərəfindən gəldiniz zaman yolunuz o qədər də dost olmayan ölkələrdən keçəcək. Bu ölkələrdə silahlı münaqişələr davam edir. Dəniz tərəfdən isə adaya yollanmağa cəhd etməsəniz yaxşıdır. Gəmilərin parçalanmış korpusları ətrafa dağılıb, onların bir çoxu qatı duman və soyuq su axını nəticəsində istiqamətini itirərək sualtı qayalara çırpılıb. Yeri gəlmişkən, kiçik qayıqda adaya yollanmaq mümkün deyil, çünki dalğaların gücü sizi sahilə atacaq.

Ən yavaş ölüm

Sakit okeanın qərb hissəsində çoxlu sayda mərcan adaları - atollar yerləşir. Onların çox qəribə forması var, səthi yumşaq qumlarla örtülmüş bu çimərliklər zahirən göz oxşayır. Eyni zamanda, dəniz heyvanlarının minillik “əməyini” də unutmaq olmaz. Onlar bu gözəlliyin yaranması üçün əsrlərboyu səy göstəriblər. Bu adalardan biri çox cazibəli ada malikdir. Amma Bikini adlanan adada üzərinizdə paltar olmadan qumların üzərində gəzmək məsləhət görülmür. 60 il bundan əvvəl Bikini adasında 67 nüvə sınaqlarından sonuncusu həyata keçirilib. Lakin hətta uzun müddət keçməsinə baxmayaraq, adada gəzmək təhlükəlidir. Burada uzun müddət yaşayan insanlar normadan 6 dəfə çox olan radiasiya fonu ilə üzləşə bilərlər. Şübhəsiz ki, bu qədər radiasiya dozası insanı birdən-birə öldürmür. Lakin adada uzun müddət qalan turistlər yaxın illərdə xərçəng xəstəliyinə tutula bilərlər. Ən təhlükəlisi isə, küləyin sovurduğu tozu udmaqdır. Çünki bu tozla birlikdə ağciyərə daxil olan radioaktiv hissəciklər daxili orqanların fəaliyyətinə daha mənfi təsir göstərir.

Ölümdən də pis ola biləcək vəziyyət

Qorxulu və təhlükəli çimərliklərin heç də hamısı ekzotik ölkələrdə yerləşməyib. Onların bəzilərinə Avropada da rast gəlmək olar. Böyük Britaniyanın Steytes kəndi yaxınlığında yerləşən çimərlik bir çox turistləri cəlb edə bilər. Lakin bu sahillər öz populyarlığı, habelə iqlim amilləri ucbatından Yer kürəsinin ən çirklənmiş yerlərindən biridir. Çoxlu məişət tullantılları və digər zəhərli maddələr dənizi çimmək üçün əlverişsiz etməklə yanaşı, qumları da təhlükəli edir. Belə ki, suya girdiyiniz zaman siz çoxlu bakteriya infeksiyaları ilə yoluxa bilərsiniz. Qumun üstündə ayaqyalın gəzmək isə hətta kiçik yara olan ayağınızın irinləməsinə səbəb olacaq. Zərərçəkənlər ölüm təhlükəsi ilə üzləşməyəcək, amma ongünlük səpkili qızdırma və ya bir həftəlik diarreya sizi buraya səyahət etmənizə peşman edəcək.

Dünyanın bir çox ölkələrində də analoji məkanlar mövcuddur. Məsələn, Hindistandakı Mumbay ştatında Çoupatti Biç çimərliyində olduğu kimi. Buradakı bir çox çimərliklər həddindən artıq zərərlidir. Dominikan Respublikasındakı El Qrinqo çimərliyindəki qumluqda gəzinti isə, təkcə sizin müxtəlif yaralara məruz qalmağınızla deyil, həmçinin ciddi dozada kanserogen maddələr və ağır metallar qəbul etməyinizlə nəticələnə bilər. Bu rayondakı çoxsaylı kimya və farmasevtika zavodları bugünədək öz zəhərli tullantılarını sahilə axıdır. ABŞ-dakı çimərliklər də ekoloji fəlakətlərdən qurtula bilməyib. Kaliforniyadakı Poçe-Biç bir neçə il ard-arda avtomobil və aqrosənaye tullantılarının zərərli təsirinə məruz qalıb. Ekologiya təşkilatları uzun illər boyu onların acı nəticələrini aradan qaldırmalı olacaqlar.

Gizli ölüm

Avstraliyanın şərqində yerləşən Freyzer adası dünyanın ən bol qumlu sahillərindən biridir. Onun təbiəti möcüzəli və mənzərəlidir. Qum təpələri yuxarıya doğru 240 metr yüksəkliyə qalxır və ekvatorial meşələrlə örtülüdür. Onların arasında çoxlu kiçik “asma” göllər mövcuddur. Sakit okeana doğru uzanan 100 kilometrlik sahil olduqca cəzbedicidir. Lakin burada dalğalara çox yaxınlaşmaq məsləhət görülmür. Freyzerin ətrafında çoxlu sayda kubomeduzalar, xüsusən meduza İrukanciləri var. Bu dəniz canlıları isə heç də sizin rastlaşmaq istədiyiniz növdə heyvanlar deyil. Onların hücumu turistlərin okeanın isti suyu içərisindəki rahat istirahətini fəlakətə çevirə bilər.

Məsələ burasındadır ki, bu canlıların bədəni şəffafdır və onların 1 metr uzunluğunda iynəli burunları var. Onları suda və ya qumun üzərində görmək mümkün deyil. İrukancilərin iynəsindəki zəhər təsirini tədricən göstərir və sizi sancdıqda bunu hiss etmirsiniz. Lakin bir neçə dəqiqədən sonra bədəninizdə ard-arda iflic effektləri baş verir. Eyni zamanda, başağrısı, aşağı və yuxarı ətrafların əzələlərində və daxili orqanlarda dəhşətli ağrılar, mədə bulantısı başlayır. Bundan sonra ürək-damar xəstəlikləri - taxikardiya və hipertoniya baş qaldırır. Bütün bunlar isə ağciyərdə və beyində problemlərlə və ən sonda ölümlə nəticələnir. Ümumiyyətlə, Avstraliyada çoxlu zəhərli ilanlar, o cümlədən dəniz canlıları var. Freyzer adasından başqa kubomeduzaların müxtəlif növlərinə bu qitənin digər sahilyanı bölgələrində də rast gəlmək olar.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb