DÜNYANIN ƏN VARLI ADAMLARINDAN BİRİ 5 İL MÜDDƏTİNƏ HƏBS EDİLMİŞDİR
Keçmiş milyaderə qarşı cinayət işi ötən il qaldırılmışdı. İstintaq nəticəsində müəyyən edilmişdir ki, 2003-cü ildə Sutsumi və onun 7 köməkçisi “Seibu Railway Co.” dəmir yol şirkətinin maliyyə hesabatını saxtalaşdıraraq, onu idarə edən “Kokudo” korporasiyasının səhmlərinin dəyərini xeyli aşağı salmışdılar. Bu qalmaqala görə Sutsumi “Seibu Railway Co” şirkətindəki rəhbər vəzifəsindən getmiş, təhqiqat işi isə onun həbsi ilə nəticələnmişdir.
71 yaşlı biznesmen məhkəmədə təqsirini boynuna alaraq demişdir ki, maliyyə hesabatını saxtalaşdırmaqla dəmir yol şirkətinin səhmlərinin çox hissəsinə qeyri-qanuni sahib olmasını gizlətməyə çalışmışdır.
Ailə biznesi ilə 1965-ci ildən məşğul olmağa başlamış Sutsumi öz var-dövlətini daşınmaz əmlakın qiymətlərinin süni surətdə qaldırılması və səhmlərin qiymətlərinin təyin edilməsi hesabına yığmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [19:12]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]