Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünyanın müxtəlif ölkələrindəki soydaşlarımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edirlər

Bakı, 28 dekabr (AZƏRTAC). Dünyanın müxtəlif ölkələrindəki soydaşlarımız 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edirlər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Yakaterinburq və s. şəhərlərində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı, Ümumrusiya Azərbaycan Konqresi və digər Azərbaycan təşkilatlarının dəstəyi ilə keçirilən konfrans, “dəyirmi masa” və seminarlarda ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis olunması barədə ətraflı məlumat verilir, bu tarixin xarici ölkələrdə yaşayan həmvətənlərimizin birliyinin möhkəmlənməsindəki rolu qeyd olunur.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbirlər Ukrayna, Belarus, Latviya, Litva, Estoniya, Moldovada da keçirilmişdir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü Ukraynanın iki şəhərində - Kiyev və Donetskdə geniş qeyd olunmuşdur. Kiyevdəki Azərbaycan bazar günü məktəbində peşəkar və gənc artistlərin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı konserti təşkil edilmişdir.

Donetskdə isə Dünya Azərbaycanlıları Konqresinin Ukrayna nümayəndəliyinin, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin və Azərbaycan Televiziyasının təşəbbüsü ilə dünya azərbaycanlıları üçün əlamətdar olan bu gün münasibətilə muğam müsabiqəsi qaliblərinin iştirakı ilə bayram konserti keçirilmişdir. Bayram tədbirində Ukraynanın birinci xanımı Lyudmila Yanukoviç, Donetsk vilayət dövlət administrasiyasının rəsmiləri, elm və mədəniyyət xadimləri, Azərbaycanın Xarici İşlər Nazirliyinin, Ukraynadakı səfirliyimizin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndələri, diasporun fəalları iştirak etmişlər. Tədbirdə təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dünya Azərbaycan diaspor hərəkatının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunmuşdur.

Avropanın ayrı-ayrı ölkələrində də, o cümlədən Almaniya, Fransa, İtaliyada, habelə Danimarka, İsveç, Niderland, Polşa, Rumıniya, Macarıstan, Finlandiya, Çexiyada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunur. Tədbirlərdə 31 dekabr tarixinin doğma Azərbaycandan kənarda yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət daşıdığı vurğulanmışdır.

Berlində “Azərbaycan günü” adlı tədbirdə Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzinin icraçı direktoru Samira Patzer-İsmailova Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranma tarixi haqqında məlumat verərək, 31 dekabrın dünyanın harasında yaşamasından asılı olmayaraq soydaşlarımızın bir araya gəldiyi simvolik bir gün olduğunu vurğulamışdır. Tədbirdə Azərbaycan tarixinə, mədəniyyətinə, incəsənətinə dair “Azərbaycan motivləri” sənədli filmi nümayiş etdirilmişdir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbirlər Almaniyanın Maqdeburq, Köln şəhərlərində də keçirilmişdir.

İtaliyada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bayram konserti olmuşdur. “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının və Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə təşkil edilmiş konsertdə gənc italyan ifaçılar Azərbaycan, İtaliya və digər Avropa bəstəkarlarının əsərlərindən ibarət proqramla çıxış etmişlər. “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbərlərindən biri olan Nəzakət Nuriyeva iştirakçılara Azərbaycanın tarixi və mədəniyyəti, o cümlədən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü barədə məlumat vermişdir. Tədbirin sonunda qonaqlara Azərbaycan şirniyyatı və ölkəmiz haqqında italiyan dilində çap olunmuş jurnal və kitablar təqdim edilmişdir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü İsveçrədə yaşayan azərbaycanlılar da qeyd etmişlər. Bazel şəhərində “Azərbaycanın dostları” birliyinin təşəbbüsü ilə keçirilən bayram konsertində qonaqlara azərbaycanlılar üçün əlamətdar olan bu tarixi gün barədə məlumat verilmiş, səsləndirilmiş Azərbaycan musiqiləri qonaqları valeh etmişdir.

Niderlandda yaşayan azərbaycanlılar Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü dekabrın 31-də Rotterdam şəhərindəki “Bakı” restoranında azərbaycanlı ifaçıların çıxışları nəzərdə tutulmuş konsert proqramı ilə qeyd edəcəklər.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Gürcüstan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, BƏƏ və Küveytdə də qeyd olunur.

Tbilisidə Gürcüstan Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyəti vurğulanmış, Azərbaycan və Gürcüstanın dost və qardaş ölkələr olması vurğulanmışdır. Tədbirdə hər iki ölkənin üzləşdiyi separatizmə qarşı birgə mübarizə aparılması üçün iki xalq arasında həmrəyliyin daha da gücləndirilməsinin vacibliyi qeyd olunmuşdur.

Türkiyədə İstanbul-Azərbaycan Dərnəyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə əsası qoyulan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixindən danışılmış, Azərbaycan və türk xalqlarının həmrəyliyinin möhkəmlənməsində “Bir millət - iki dövlət” prinsipini irəli sürmüş ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərinin olduğu vurğulanmışdır.

Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin Dubayda keçirdiyi tədbirdə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü haqqında qonaqlara ətraflı məlumat verilmiş, ulu öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” ifadəsindən sonra dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların özlərinin bu millətin nümayəndəsi olmaları ilə daha böyük iftixar və qürur hissi ilə bəyan etməyə başladıqları qeyd edilmişdir.

Dekabrın 31-də Küveytdə fəaliyyət göstərən “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyəti və Azərbaycan bu ölkədəki səfirliyi tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş tədbir keçiriləcəkdir. Küveytdə yaşayan azərbaycanlıların, türklərin, yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti oxunacaqdır. Azərbaycanın Küveytdəki səfiri Tural Rzayev, “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə çıxış edərək 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün tarixi, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların azərbaycançılıq məfkurəsi ətrafında daha sıx birləşməsinə xidməti barədə məlumat verəcəklər.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbirlər ABŞ, Kanada da keçirilmişdir. Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin dəstəyi ilə Azərbaycan icma təşkilatları Nyu-Yorkda bu əlamətdar tarixi təntənəli şəkildə qeyd etmişlər. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti oxunmuş, daha sonra iştirakçılara 20 illik müstəqillik dövründə Azərbaycanda əldə edilən uğurlar, aparılan islahatlar haqqında ətraflı məlumat verilmişdir.

Kanadanın Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin təşəbbüsü ilə təşkil olunan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbirdə təhsil ocağının şagirdləri tərəfindən Azərbaycan haqqında şeirlər oxunmuş, mahnılar ifa edilmişdir.

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbirlərin keçirilməsi davam edir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb