Dünyanın zəngin klubu olan “Mançester Yunayted” borca düşüb
Bakı, 18 noyabr, AZƏRTAC
Dünyanın zəngin futbol klublarından sayılan İngiltərənin “Mançester Yunayted” komandasının borcu artır.
AZƏRTAC xəbər verir ki, Mançester təmsilçisinin borcu 286 milyondan 338 milyon funt sterlinqə yüksəlib.
“BBC”-yə açıqlama verən klubun vitse-prezidenti Ed Vudvord bunu komandanın UEFA Çempionlar Liqasında qrupa düşməməsi ilə əlaqələndirib.
Məlum olub ki, “Qırmızı şeytanlar” ötən illə müqayisədə 3,4 milyon funt sterlinq az gəlir əldə edib. Oyun günü əldə olunan dövriyyə isə 16,8 milyon funt sterlinq aşağı düşüb.
Klubun bir ildə borcu 18 faiz artıb. Bura funt sterlinqin dollarla müqayisədə kursunun enməsi də təsir göstərib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]