Düşənbədə Müstəqil Dövlətlər Birliyi Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclası keçirilir
Tədbirdə MDB ölkələrində prokurorluq orqanları sahəsində əməkdaşlıq Proqramının yerinə yetirilməsi, terrorizm, ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizə, narkomanlığın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər, 2014-2018-ci illərdə insan alveri ilə mübarizə sahəsində görüləcək işlər və digər məsələlər müzakirə olunur.
Əlaqələndirmə Şurasının iclasında, həmçinin korrupsiya ilə mübarizə, insanların hüquqlarının qorunması, cinayətkarlıqla mübarizə sahəsində beynəlxalq müqavilələrin yerinə yetirilməsi məsələləri də diqqət mərkəzində olacaq.
Ümumiyyətlə, Şuranın iclasında 14 məsələ müzakirə ediləcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:33]
Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
- 01.10.2026 [19:30]
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib
- 01.10.2026 [18:21]