DYP ƏMƏKDAŞLARI 329 MİN 993 YOL-HƏRƏKƏTQAYDASI POZUNTUSU AŞKAR ETMİŞLƏR
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Ərəstun Məcidov AZƏRTAC-a bildirmişdir ki, 2005-ci ilin 9 ayı ərzində yol hərəkətinə nəzarət prosesində dövlət yol polisi əməkdaşları 329 min 993 yol-hərəkət qaydası (YHQ) pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi ilə bağlı 9 min 359 fakt aşkar etmişlər. YHQ pozuntusuna görə 1400 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılmışdır.